"AL market"in Bakı və Xırdalan şəhərlərindəki mağazaları üçün 20 yer üzrə vakansiya elan edilib.
Foodinfo.az xəbər verir ki, iş üçün son müraciət tarixi 2018-ci il fevralın 19-dur.
Ümumi məlumatlar
- Pozitiv və gülərüz olmalı;
- Müştəri və satış fokuslu olmalı;
- İş təcrübəsi olanlara üstünlük verilir.
İş haqqında məlumat
- Məhsulları vitrinə düzmək, təmizliyinə nəzarət etmək;
- Məhsulların etiket və qiymətini düzgün yerləşdirmək;
- Məhsulların son istifadə tarixini yoxlamaq;
- Müştəriyə mallar haqqında doğru və dolğun cavab vermək;
- Məhsulların barkodlarını kassada doğru və diqqətlə oxutmaq;
- Kassanı təmiz saxlamaq;
- Pul hesabatlarının aparılmasında bacarıqlı olmaq;
- Mağaza daxili yaranacaq bütün problemlərdə müştərilərə köməklik etmək.
İş qrafiki növbəlidir. Həftədə bir gün istirahət verilir.
Daha ətraflı bu linkdə.