Martın 21-dən 30-dək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə “Metil spirti” zəhərlənməsi diaqnozu ilə 9 xəstə müraciət edib. Foodinfo.az xəbər verir ki, bu barədə Trend-ə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Qeyd edilir ki, zəhərlənənlərdən 4-ü dünyasını dəyişib.