"The Evening Standard" qəzetinin yazdığına görə, Yaponiya alimləri aşkar ediblər ki, məşhur McDonald's qəlyanaltı şirkətinin restoranlarında kartof çipslərini qızartmaq üçün istifadə edilən yağın tərkibindəki kimyəvi maddələrdən biri insanda saç artımına səbəb ola bilər.
Yokohama Milli Universitetinin alimləri aşkar ediblər ki, McDonald's kafelərində fransız kartof qızartmasının bişirilməsində istifadə olunan yağın tərkibindəki dimetilpolisiloksan maddəsi çox sayda tük folikulları və ya qovucuqları yaradır. Bu qovucuqlar sonradan siçanlara transplantasiya edildikdə tük yaranmasına səbəb olur.
Alimlər bildirirlər ki, belə bir metoddan insanlarda da dazlaşmanın qarşısını almaq üçün istifadə etmək olar.
"Biomaterials" jurnalında dərc olunmuş məqalədə alimlər yazırlar ki, laboratoriya şəraitində eyni vaxtda 5000 saç folikulu hüceyrəsi (HFG) yarada biliblər. Bu hüceyrələr sonrdan siçanların dərisinə köçürüldükə qara rəngli tüklər bitirib.
Universitetinin professoru Junji Fukuda bildirir ki, sözü gedən kimyəvi maddə saç folikulları hüceyrələrinin yaradılmasında həlledici rol oynayır.
Amma bunu da yadda saxlamaq lazımdır ki, yağın tərkibindəki dimetilpolisiloksan maddəsi özü təkbaşına tük bitirmir. Odur ki, dazlıqdan əziyyət çəkirsinizsə, McDonald's-da bolluca kartof qızartması yeməyiniz çətin köməyinizə yetişsin.
Fukuda komandası ümid edir ki, bu metod nəhayət son nəticədə insanlarda saç tökülməsinin qarşısını ala biləcək.
Fukuda bildirib ki, metod özlüyündə kifayət qədər sadədir və buna görə də onu elmi dildə androgenetik alopesiya, adi dildə isə insan keçəlləşməsi zamanı işlətmək mümkün olacaq (BBC).