Dünyaca məşhur həkim Mehmet Öz səhər yeməyinin günün ən vacib komponenti olması haqqında iddiaları rədd edib. Foodinfo.az xəbər verir ki, ekspert səhər yeməyinin lazım olmadığını deyib, hətta qadağan edilməsi təklifi ilə də çıxış edib: "Düşünürəm ki, 2020-ci ildə səhər yeməyi qadağan edilməlidir. Onun bu qədər məşhur olması əslində reklamın nəticəsidir. Təəssüf ki, on illərdir bu mövzuda irəli sürülən bir çox fikirlər həqiqətə əsaslanmır.
Səhər yeməyinin əvəzinə hər gün lanç etmək daha faydalıdır. Gecələr qızartma kimi yüksək karbohidratlı qidalar səhərlər aclıq hissinə təsir edir. Həmin yeməklər bədənin insulinə qarşı müqavimətini aşağı saldığı üçün ertəsi gün güclü aclıq hissi ilə oyanırsınız".
Mehmet Öz "Səhər yeməyindən imtina etmək lazımdırmı" sualına isə belə cavab verib: "Səhərlər yemək lazımdır, ancaq vaxt baxımdan bir az sonraya salın". (publika.az)