Ət doğranan taxtanın gigiyenası qida təhlükəsizliyi üçün çox vacibdir.
Foodinfo.az xəbər verir ki, ət, toyuq və balıq kəsilən taxtalar zərərli bakteriyaların yayılması üçün əlverişli mühit yaradır. Buna görə də onlar düzgün təmizlənmə və dezinfeksiya edilmədikdə çarpaz yoluxma riski artır.
Taxtanın təmizliyi üçün ilk addım, istifadə etdikdən sonra dərhal isti su və sabunla yuyulmasıdır.
Daha dərin təmizləmə üçün isə duz, limon və ya sirkə kimi təbii təmizləyicilər istifadə edilə bilər.
Taxtanın quruluğunu təmin etmək də vacibdir, çünki nəmli mühit bakteriyaların çoxalmasına şərait yaradır.