Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri arasında “Milli qida təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsi və regional əməkdaşlıq” layihəsi çərçivəsində görüş keçirilib. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşdə qida təhlükəsizliyinə nəzarət sistemlərinin gücləndirilməsi və regional əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində layihənin əhəmiyyəti vurğulanıb. Layihə çərçivəsində qida təhlükəsizliyi və gigiyena mövzusunda ictimaiyyətin məlumatlandırılmasının təmin olunması, sanitariya və fitosanitariya standartlarını tətbiq etmək üçün potensialın artırılması, dövlət müfəttişləri üçün qida nəzarətinin idarəedilməsi üzrə təlimlərin keçirilməsi, laboratoriya müayinə avadanlıqları və insan resursları potensialının gücləndirilməsi kimi sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi bildirilib. [gallery ids="46618,46619,46620"]