Minerallar bədənin düzgün işləməsi üçün həyati əhəmiyyət daşıyan qeyri-üzvi maddələrdir. Orqanizm bu maddələri özü istehsal edə bilmədiyi üçün onları qida və su vasitəsilə qəbul etməliyik.

Foodinfo.az xəbər verir ki, kalsium, dəmir, maqnezium, sink, kalium, yod kimi minerallar bədən funksiyalarında mühüm rol oynayır. Məsələn, kalsium və fosfor sümüklərin və dişlərin möhkəmliyini təmin edir, dəmir qan hüceyrələrinin yaranmasında iştirak edir və enerji verən maddələrin daşınmasında rol oynayır.

Kalium və maqnezium sinir siqnallarının ötürülməsini və əzələlərin işləməsini tənzimləyir.

Sink və selen kimi minerallar immun sisteminin güclənməsinə kömək edir, orqanizmi infeksiyalara qarşı qoruyur.

Yod isə qalxanabənzər vəzin hormon istehsalına dəstək olur və maddələr mübadiləsini tənzimləyir.

Mineral çatışmazlığı nəticəsində yorğunluq, başgicəllənmə, sümük zəifliyi, immunitetin azalması, dəri və saç problemləri yarana bilər. Bu səbəbdən mineral baxımından zəngin qidalarla qidalanmaq sağlam həyatın vacib şərtidir.