Mövsümlərarası dövrdə vitaminlər və düzgün qidalanma immuniteti gücləndirməyə yardım edir. Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, vitamin-mineral kompleksləri bədəni gücləndirməyə kömək edəcək, lakin yalnız tərəvəz və meyvələr sağlamlıq üçün lazım olan vitamin və mineralların miqdarını təmin edə bilməyəcək.
“Təzə dondurulmuş giləmeyvələrdən şirələr hazırlayın. Yaşıllıqlar, yağsız ət, balıq, bal, zəncəfil və itburnu haqqında unutmayın. İdeal olaraq, duzlanmış kələm mövsümdənkənar qidalanma üçün demək olar ki, gündəlik əlavə olmalıdır. Bu bitki təkcə "C" vitamini mənbəyi deyil, həm də əla prebiyotik rolunu oynayır”, - məqalədə qeyd olunub.
Nurlan