Kəklikotu qurudulmuş və ya təzə halda istehlak edilir. Mütəxəssislərin fikrincə, kəklikotundan hazırlanan kəklikotu suyu daha çox faydalıdır. Kəklikotu suyu gündə 2 stəkandan çox içilməməlidir. 1 həftə ərzində hər gün kəklikotu suyu içdikdən sonra 10 gün ara verilməlidir.
Ondan arıqlama üçün istifadə edilirsə, o zaman acqarına istehlak etmək məsləhət görülür.
Foodinfo.az xəbər verir ki, kəklikotu suyu kəklikotu bitkisinin yarpaqlarından əldə edilən təbii dərman və gözəllik məhsuludur. O, antioksidant, antiseptik, antimikrobiyal və iltihab əleyhinə xüsusiyyətlərə malik bir bitkidir. Bu xüsusiyyətləri sayəsində kəklikotu suyunun orqanizm üçün bir çox faydası var.
Onun orqanizmə faydalarından biri də həzm sistemini tənzimləməsidir. Həzm problemləri üçün faydalı olan kəklikotu suyu həzm sisteminin nizamlı işləməsinə kömək edir və həzm problemlərini aradan qaldırır.
Bundan əlavə, kəklikotu suyu immunitet sistemini gücləndirir və bədəni xəstəliklərdən qoruyur.
Kəklikotu suyunun digər bir faydası da dəri sağlamlığına müsbət təsirləridir. Antioksidant xüsusiyyətləri sayəsində dərini sərbəst radikalların zərərli təsirlərindən qoruyur, dərinin gənc və sağlam qalmasına kömək edir.
Eyni zamanda kəklikotu suyu sızanaq və cizvə kimi dəri problemlərini aradan qaldırmağa kömək edir.
Həmçinin bədəndə iltihab əleyhinə təsir göstərir. Bu xüsusiyyəti sayəsində kəklikotu suyu oynaq ağrıları, əzələ ağrıları və miqren kimi narahatlıqları aradan qaldırır. Bundan əlavə, kəklikotu suyu stressi azaltmağa və əhval-ruhiyyəni tarazlaşdırmağa da faydalıdır.
Kəklikotu çayı antibakterial, antimikrobiyal və göbələk əleyhinə xüsusiyyətlərə malikdir. Kəklikotu bitkisindəki əsas yağlardan biri olan timol orqanizmdə antiseptik rol oynayır.