“Xidmətlər zərfi kifayət qədər genişdir”.
Foodinfo.az xəbər verir ki, bunu Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında gələn ilin dövlət büdcəsinə dair keçirilən müzakirələrdə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.
Onun sözlərinə görə, tələfata səbəb olan xəstəliklər xidmətlər zərfində yer almayıb: “Məsələn onkoloji xəstəliklər. Müzakirələr zamanı Zaur Əliyev (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri) qeyd etdi ki, ötən il qurum tərəfindən 200 milyon manata qənaət edilib. Biz Zaur müəllim və qurumla mütəmadi əlaqədəyik. Müzakirələr zamanı da onkoloji xəstələrin icbari tibbi sığorta üçün əhatə olunmasına da təqribən elə 200 milyon vəsaitin lazım olduğunu vurğulayıblar. Fürsətdən istifadə edərək Maliyyə Nazirliyindən xahiş edirəm ki, onkoloji xəstəliyin hökmən icbari tibbi sığorta ilə əhatə olunmasına öz köməkliyinizi göstərəsiniz. Onkoloji xəstəliklər də icbari tibbi sığorta zərfinə daxil edilsin”, - deyə Əhliman Əmiraslanov bildirib.
O, həmçinin autizm xəstəliklərinin də icbari tibbi sığorta zərfinə daxil edilməsinin vacibliyini qeyd edib.
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir