Çənə altındakı tüklər bir çox insanı narahat edir. Onları yox etmək üçün müxtəlif üsullardan istifadə edirlər. Ancaq bu təbii üsulla çənə altındakı tüklərin köklərindən birdəfəlik qurtula biləcəksiniz.
Foodinfo.az çənə tüklərinin kökünü qurudan üsulu təqdim edir:
Çənə nahiyəsində saqqala bənzər çənə tükləri var ki, bu hər insanda rast gəlinmir. Çənə tüklənməsinin müəyyən səbəbləri var. Hormonal səbəblər birinci yerdədir. Bəzi qadınlarda kişi hormonları dominant olduqda tüklənmə ehtimalı onlarda daha yüksək olur. Qalxanabənzər vəzlər və hormonal çatışmazlıqlar da qadınlarda çənə tüklərinin yaranmasına səbəb ola bilər.
Çənə tüklərini çıxarmaq üçün mum, ülgüc, cımbız və ya ip kimi müxtəlif üsullardan istifadə olunur. Ancaq bu üsullar ağrılı və birdəfəlik deyil. Çox vaxt müsbət nəticə vermir.
Çənə altındakı tüklərdən qurtulmaq üçün təbii yollardan istifadə etmək daha yaxşıdır. Bu üsullardan biri çay ağacı və lavanda yağıdır. Hər iki yağ bu problemin öhdəsindən gələn ən yaxşı vasitədir.
Təmiz və quru bir qaba 5 damcı çay ağacı yağı və 1 tam qaşıq lavanda yağı əlavə edin. Bu iki yağı homojen bir tutarlılıq əldə edənə qədər qarışdırın. Bu qarışığı çənə nahiyənizə nazik təbəqə ilə çəkin və 1 gecə gözləyin. Həftədə 3 dəfə tətbiq etdiyiniz zaman çənə tüklərdən xilas olmuş olacaqsınız.
QEYD: Hər hansı bir allergik reaksiya üçün istifadə etməzdən əvvəl diqqətli olun. İlk öncə çənədəki tüklərin yaranma səbəbləri müalicə edilməlidir. Bu üsulları daha sonra sınaya bilərsiniz.