Pandemiya dövründə sərnişinlərin Bakı Metropolitenindən istifadə qaydaları qüvvəyə minib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Foodinfo.az-a verilən məlumata görə, sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.
Qeyd edək ki, Bakı Metropoliteninin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilib.