Corc Vaşinqton Universitetinin səhiyyə siyasəti və menecmenti professoru Liane Ven parça maskaların koronavirusun “Omicron” ştamı qarşısında faydasız olduğunu bildirib. Bu barədə Foodinfo.az CNN-nə istinadən xəbər verir. “Parça maskalar bəzəkdən başqa bir şey deyil. “Omicron”la mübarizədə onların yeri yoxdur” - professor bildirib. O, ictimai yerlərdə N95 sinfinə aid maskalardan və respiratorlardan istifadə etməyi məsləhət görüb. Onun sözlərinə görə, bu qoruyucu vasitələr kiçik hissəciklərin nazofarenksə daxil olmasının qarşısını alır.