Peruda koronavirus infeksiyasından qorunmaq məqsədi ilə mənşəyi bilinməyən spirtli içki qəbul edən 16 nəfər dünyasını dəyişib. Foodinfo.az xəbər verir ki, insident Uankavelika bölgəsində qeydə alınıb. Bu barədə “Andina” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, hadisədən sonra polis hərəkətə keçərək saxta spirti ələ keçirib. Son məlumatlara görə, hazırda ölkədə 1595 nəfər “COVID-19”a yoluxub, daha 61 nəfəri isə vəfat edib.   Namiq Musayev