Pnevmoniyanın ən xarakterik simptomu öskürəkdir. Lakin bu simptomlar əmələ gələndə ağciyər artıq zədələnmiş olur. Saglamolun.az Rusya KİV-lərinə istinadla bildirir ki, həkimlər pnevmoniyaya işarə edən və öskürək hələ başlamamış əmələ gələn ən erkən simptomlarını sadalayıb: - səbəbsiz zəiflik - kürəkdə ağrılar. Birtərəfli pnevmoniya zamanı ağrı kürəyin sağ və ya sol hissəsində hiss oluna bilər, ikitərəfli pnevmoniya zamanı isə bütün kürəkdə hiss olunur. - üz dərisinin rənginin ağarması. Bu oksigen çatışmazlığına işarə edir.