İdmançılar proteini əzəzlə yığmaq üçün istifadə edir və faydalı olduğunu söyləyirlər. Bəzi mütəxəssislər isə bunun zərərli olduğunu qeyd edirlər.
Foodinfo.az protein tozunun zərərlərini təqdim edir:
Protein vücudun qurucusu hesab olunur. Böyümə, artma, yaraların sağalması, immunitetin güclü olması proteinlərlə bağlıdır. Proteinlər yumurta, süd məhsulları, göy noxud, whey (zərdab zülalı) kimi heyvan mənşəli qidalarda bolcadır.
Whey (zərdab zülalı) nədir?
Süd zərdabından alınan konsertsiya olunmuş qlobulyar zülalların qarışığıdır. Zərdab kəsmikləşdirmə zamanı yaranan və pendirin hazırlanması zamanı əlavə məhsul kimi əmələ gələn maye məhluldur.
Whey protein tozu ilə yanaşı yumurta proteini, ət proteini, bitki mənşəli protein tozları da var.
Protein tozunun zərəri nələrdir?
Protein tozunun əzələ zədələnmələrini azaltdığı və sağalmanı tezləşdirdiyi yönündə dəqiq yetərli bilgilər yoxdur.
Bəzi araşdırmalarda whey proteinindən istifadə edənlərin 6 həftə ərzində böyrəklərində turşululuğun ciddi artmasına, böyrək daşlarının çoxalmasına , kalsium balansının pozularaq sümük əriməsinə səbəb olduğu idia edilir.
Başqa bir araşdırmada isə proteinlərin əsasını təşkil edən amin turşuları qanda 2-ci tip diyabetə səbəb ola biləcəyini qeyd edirlər. Xüsusi ilə saf olmayan protein tozları orqanların ciddi zədələnməsinə və hətta ölümə də səbəb ola bilər.