Sizin üçün yaxşı xəbərimiz var. Həm tullantıları azaltmaq, həm də soyma ilə məşğul olmaq problemindən qurtula bilərsiniz.Qabığı özündən faydalı olan meyvə və tərəvəzlər aşağıdakılardır.
Kartof
C və B6 vitaminləri, fosfor, maqnezium, kalium və lifi zəngin olan kartof qabığı ilə birlikdə istehlak edildikdə daha faydalıdır. Unutmayın ki, kartofu soyarkən qida dəyəri də eyni dərəcədə azalır.Bu halda kartofu yaxşı yumağı unutmayın.
Xiyar
Aşağı kalorili və lif zənginliyi, dadı ilə yemək masasında yer alan xiyar qabığının faydaları ilə də tanınır. Öz qabığı ilə yedikdə, xiyar sizi xərçəngdən və təhlükəli iltihablardan maksimum qoruyur
Kivi
Yeməli olması təəccüblü görünsə də, çox vacib bir C vitamini deposu olan kivinin qabığında özündən ən az üç qat daha çox antioksidan var. Gündə iki və ya üç kivi yeyərək kalium səviyyəsini artıra bilərsiniz ki, bu da ürək sağlamlığı üçün bütün həkimlər tərəfindən tövsiyə olunur.
Alma
İllərdir həkimlər tərəfindən tövsiyə edilən alma tam bir şəfa mənbəyidir. Həzm sistemi ilə əlaqəli bütün xəstəliklər üçün yaxşı olsa da, yaşlanmaya qarşı xüsusiyyəti ilə də fərqlənir. Alma qabığı ağciyərlərin fəaliyyətini artırır, qanda şəkərin miqdarını tənzimləyir və xərçəng hüceyrələrini sürətlə məhv edir.
Banan
Təəccüblü olsa da, amma bəli, banan qabığı da digər meyvə qabıqları kimi antioksidanlarla zəngindir.
Qarpız qabığı
Yay aylarının ən populyar bostan bitkisi olan qarpızın qabığının faydalarını unutmaq olmaz.Qarpız qabığı qan dövranını tənzimləyir və tərkibindəki sitrulin hipertoniyanın müalicəsini dəstəkləyir.
Yerkökü
Tərkibindəki beta karoten səbəbi ilə göz sağlamlığı üçün faydalı olan yerkökü qabığı ilə yeyilərsə, demək olar ki, bütün xərçəng növlərinin qarşısını alır.