10 illik cavanlaşma zəmanəti verdiyi üçün dəmlikdə qalmış çayınızı ataraq israf etməyin.
Tam antioksidant olan qara çay demək olar ki, hər evdə var. Bu çaylar daha sağlam böyüməsini təmin etmək üçün adətən bitki çiçəklərinin diblərinə tökülür. Lakin qara çayın çiçəklərə olan faydaları ilə yanaşı, dərini 10 il cavanlaşdırdığı da məlum olub. Qalmış çay polifenol və minerallarla zəngindir. Bu mineral DNT molekullarını yenidən dizayn etmək gücünə malikdir. Bu səbəblə mütləq artıq çayı atmamalısınız.
Foodinfo.az-ın məlumatına görə, yaşla artan göz altındakı qançırlar üzün formasını pozaraq yorğun, solğun bir görünüşə səbəb olur. Amma dəmlikdə qalmış çay qalıqlarına pambıq batırıb gözlərinizin üzərinə qoysanız, bu problemi həll etmiş olarsınız.
Tərkibində antioksidantlar olduğu üçün göz ətrafındakı qırışları da yox edir.
Digər tərəfdən, qara çay dəri ləkələri, sızanaq izləri və qeyri-bərabər dəri tonu üçün faydalıdır. Hüceyrələri sürətlə təmir edərək daha canlı və parlaq bir görünüş verir.
Dərinin səthindəki bütün yağ nisbətini azaldır. Məsamələrin sıxılmasını dəstəkləyərək yağlı görünüşü azaldır. Bunu edərkən sebum balansını da qoruyur.
Dərin qırışlar və çapıqlar üçün qara çay alternativ tibb tərəfindən çox tövsiyə olunur. Qara çay həm kofein, həm də antioksidan xüsusiyyətlərə malik tam müalicəvi anbardır.
Yaşlanmağı gecikdirərək daha gənc görünüşü dəstəkləyir. Çay suyuna limon sıxmaq bütün bu faydaları ikiqat artırır. Tonik şəklində də istifadə edə bilərsiniz.