Dünyanın ən bahalı avtomobili də keyfiyyətsiz yanacaqla ya pis işləyir, ya da ümumiyyətlə işləmir. Orqanizm də belədir: əgər qan toksiki maddələrlə zəhərlənibsə və normal deyilsə, həyat fəaliyyəti pozulur. Qan - orqanizmin yaşaması üçün çox mühüm olan qırmızı rəngli maye toxumadır və ona qırmızı rəng verən dəmir birləşmələridir, tərkibi müxtəlif hüceyrələrdən ibarətdir. Nüvəsiz qan hüceyrələri olan eritrositlər stroma və yarımmaye kütlədə həll olmuş hemoqlobindən ibarətdir və onun əsas vəzifəsi qaz mübadiləsində iştirak etməkdir. Eritrositlər plastik olduğuna görə formasını dəyişərək uzanır və incə kapilyarlardan keçə bilir. Qanın qruplara ayrılması da eritrositlərlə əlaqədardır. Leykositlər girdə rəngsiz və nüvəli hüceyrələrdir, böyük fizioloji əhəmiyyətə malikdir. Onlar hərəkət edərək bakteriya, hüceyrə qırıntıları və yad cisimcikləri tutub fermentlər vasitəsilə əridir. Bəzi hallarda leykositlərin miqdarının artmasına leykositoz, azalmasına isə leykopeniya deyilir. Trombositlər  - kiçik girdə nüvəsiz törəmələr, qan lövhəcikləridir və qanın laxtalanmasında mühüm rol oynayır. Qan oksigeni ağciyərdən toxumalara və karbon qazını toxumalardan ağciyərə, qida maddələrini həzm orqanlarından toxumalara aparır,  maddələr mübadiləsinin lazımsız məhsullarını, həmçinin artıq su, duz, turşu və toxumalardan çıxarır, orqanizmə düşən yad cisimlərə qarşı mübarizə aparır, laxtalanma qabiliyyəti sayəsində  itkilərdən mühafizə edir və s. Qan arteriya, vena və  kapilyarlar vasitəsilə hərəkət edir. Həyacan keçirərkən qanda böyrəküstü vəzinin ifraz etdiyi adrenalin hormonu və onun nəticəsində ürək döyüntüləri artır. Böyük yapon alimi Katsudo Nişi sübut etmişdir ki, qanın dövr etməsində kapilyar damarlarının  böyük əhəmiyyəti var. Elm sübut edib ki, əsəb gərginliyi keçirəndə qan qatılaşır. Sağlam həyat tərzi keçirəndə, zərərli vərdişlərdən—siqaret və alkoqoldan uzaq olanda qan sağlam olur. Müntəzəm olaraq təmiz havada gəzmək, idmanla məşğul olmaq, düzgün qidalanmaq, normal yuxu,  təbiət qoynunda istirahət qana müsbət təsir göstərir. Təəssüf ki, bəzən bitkilərdən istifadə edərkən onların qana necə təsir göstərdiyini nəzərə almırlar. Məsələn, qatırquyruğdan istifadə zamanı qan qatılaşır, nanədən istifadə edəndə qan durulur. Ürək və böyrəklərin fəaliyyəti pozulduqda, eləcə də qan damarlarında kirəcləşmə (ateskleroz) olduqda təzyiq yüksəlir. Badamı şəkərlə birlikdə qəbul edəndə qan damarlarının kirəcləşməsinin qarşısı alınır. RESEPTLƏR Hər birindən 100 qr olmaqla tozağacı tumurcuğu, dazıotu, solmazçiçək və çobanyastığı qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 0,5 litrlik  saxsı çaynikdə dəmlənir, ağ təmiz parçadan süzülür, səhər yeməyindən 30 dəq. əvvəl və yatmazdan 1 saat qabaq 1 stəkana 1 çay qaşığı bal qatılaraq içilir. Müalicə kursu 42-45 gündür. Yovşan suyundan balla şərbət hazırlanır və içilir. Qanın təmizlənərək saflaşması üçün bağ sarmaşığı suda qaynadılır və suyu stəkanla içilir. Qan təzyiqi aşağı olanda 1 stəkan ayrana 1 çay qaşığı duz qatılaraq qəbul edilir. Qan təzyiqi yuxarı olanda sarımsaq əzilərək balla qarışdırılır və məcun hazırlanır, çay qaşığıyla qəbul edilir. Qan azlığı zamanı hər birindən eyni miqdarda tozağacı yarpağı və gicitkən qarışdırılır, qarışıqdan 2 xörək qarışığı 300 ml qaynar suda dəmlənir, 3 saat sonra süzülür. Gündə 3-4 dəfə yeməkdən yarım saat əvvəl qəbul edilir. Müalicə kursu 3-4 həftədir. (Faktxeber.com)