Təbiət həyatımızı dəstəkləyən və ümumi sağlamlığımızı müxtəlif formalarda qoruyan müalicəvi qidalar təqdim edir. Min illərdir istehlak edilən bəzi ədviyyatlar keçmişdən bu günə təbii müalicə mənbəyi olaraq varlığını davam etdirir.
Ədviyyatlar yeməklərə ləzzət qatmaqdan başqa, bir çox müalicəvi nəticələr də verə bilir.
Foodinfo.az müalicəvi ədviyyatları təqdim edir:
XARDAL
Bağırsaq mühitinin nizamlı işləməsini təmin edən floranı dəstəkləyərək qəbizlik, ishal və ya şişkinlik kimi problemləri sağalda bilir.
Bal ilə birlikdə istehlak edildikdə tənəffüs sisteminə təmizləyici təsir göstərə və boğaz infeksiyalarına qarşı qoruyucu qalxan yarada bilər. Bu şəkildə mövsüm keçidlərində bir qaşıq istehlak edə bilərsiniz.
Selen və kaliumla zəngin olan xardal ağrı kəsici xüsusiyyətlərə də malikdir. Xüsusilə revmatizmə yaxşı təsir edən xardal əzələ və sümük sağlamlığına transformativ təsir göstərir.
O, həmçinin A vitamini ilə zəngindir. Göz sağlamlığını qorumaqla yanaşı, immunitet sistemini də gücləndirir.
ZƏRDƏÇAL
Asiyanın bir çox yerindən dünyaya yayılan bu ədviyyat tərkibindəki curcumin ilə təbii iltihab əleyhinədir.
Bu yolla həm xəstəliklərin sağalmasını sürətləndirir, həm də qoruyucu təsir göstərir.
Antioksidan komponentləri ilə zərdəçal bədəni ürək-damar xəstəliklərindən, xərçəngdən və metabolik sindromdan qoruyur.
ZƏNCƏFİL
Həzmsizlik və şişkinliyə təsiri elmi dairələr tərəfindən qəbul edilən zəncəfil həzm sistemini tənzimləyə bilir. İshalın qarşısının alınması və bağırsaqdakı zədələnmiş floranın tənzimlənməsi onun mühüm təsirlərindəndir.
Həm də tez-tez ürəkbulanma və qusma yaşayan insanlar üçün təbii vasitələrdən biridir.
Qoruyucu təsiri sayəsində bir çox yuxarı tənəffüs yolları xəstəliklərinə qarşı effektlidir. Beləliklə, mövsümi keçidlər zamanı xəstələnmə şansınızı azaldır.