Bir çoxları narahat yuxu və gecə kabuslarından əziyyət çəkirlər, bəziləri hətta "yuxu iflici" kimi tanınan hallar keçirirlər. Bu zaman insan özünü yuxu ilə ayıqlıq arasında hiss edir və heç bir hərəkət edə bilmir. Məlum olub ki, müəyyən qidalar belə halları daha da ağırlaşdıra və bütün gecə boyu ciddi narahatlığa səbəb ola bilər.

Foodinfo.az xəbər verir ki, mütəxəssislər axşam menyusundan 3 növ qidanı çıxarmağı tövsiyə edirlər:

1. Qəhvə və digər kofeinli içkilər. Kofein mərkəzi sinir sistemini stimullaşdırdığı üçün yuxusuzluq yarada bilər. Kofeinin təsiri ilə orqanizm oyaq vəziyyətdə qalır, bu isə kabuslara və yuxu iflicinə səbəb ola bilər.

2. Ədviyyatlı, acılı qidalar. Ədviyyat və kapsaisinlə zəngin qidalar qızdırma və həzm problemlərinə, bu isə gecə yuxudan oyanmağınıza və həyəcan keçirməyinizə səbəb ola bilər.

3. Şokolad. Şokoladın tərkibində antioksidanlar olsa da və az miqdarda yeyilməsi faydalı olsa da, bu dadlı qida eyni zamanda yuxunuzu poza biləcək kofein və teobromin də ehtiva edir.

Keyfiyyətli, rahat yuxu üçün mütəxəssislər yatmazdan əvvəl bu qidalardan uzaq durmağı və eyni vaxtda yatıb, eyni vaxtda yuxudan oyanmaqla yuxu rejimini qorumağı məsləhət görürlər.