Son illərin ən çox müzakirə edilən sağlamlıq trendlərindən biri olan qələvi su, orqanizmin turşu-qələvi balansını qorumaq və xəstəliklərdən qorunmaq üçün əsas vasitə kimi təqdim olunur.

Foodinfo. az xəbər verir ki, müasir qidalanma vərdişləri və stress bədəndə turşuluq səviyyəsini artırdığı bir vaxtda, mütəxəssislər yüksək pH göstəricisinə malik suların (qələvi suyun) faydalarını diqqət mərkəzinə gətiriblər. Standart içməli suların pH səviyyəsi adətən 7 ətrafında olsa da, qələvi suların bu göstəricisi 8 və 9-a bərabərdir.

1. Yüksək pH səviyyəsi mədə turşuluğunu neytrallaşdıraraq reflü (izjoqa) şikayətlərini əhəmiyyətli dərəcədə azaldır.

 2. Güclü antioksidant xüsusiyyətləri sayəsində hüceyrələri qocalmadan qoruyur və dəri sağlamlığını yaxşılaşdırır.

3. Maddələr mübadiləsini aktivləşdirərək enerji səviyyəsini artırır və artıq çəkidən azad olmağa kömək edir.

4. Bədəni daxildən yuyaraq toksinlərin xaric olunmasını sürətləndirir, böyrəklərin işini yüngülləşdirir.

Bahalı ionizatorlara alternativ olaraq, sağlamlıq ekspertləri ev şəraitində sadə üsullarla suyun pH-nı artırmağı təklif edirlər. Bir litr suya bir neçə damcı limon şirəsi (limon turş olsa da, bədəndə qələvi reaksiya verir) və ya bir çimdik karbonat əlavə etmək suyun xüsusiyyətlərini dəyişmək üçün kifayətdir.

Hər bir sağlamlıq trendində olduğu kimi, burada da ölçü vacibdir. Həkimlər qeyd edirlər ki, qələvi su içmək ümumi sağlamlıq üçün faydalı olsa da, onu dərman qəbulu zamanı və ya yemək yeyərkən dərhal istifadə etmək həzm prosesinə mənfi təsir göstərə bilər.