Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) rəqəmsal idarəçiliyin inkişafı, innovativ həllərin tətbiqi ilə daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə ardıcıl tədbirləri davam etdirir. Həmçinin Agentlik öz fəaliyyətində şəffaflığın təmin edilməsi, eyni zamanda sahibkarlıq subyektlərinin fəaliyyətinin daha da optimallaşdırılması və bu sahədə onlara dəstək verilməsi istiqamətində davamlı olaraq işlər aparmaqdadır.
Foodinfo.az-ın məlumatına görə, işin səmərəliliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan növbəti addım idxal prosesləri ilə bağlıdır. Belə ki, yeyinti məhsullarının idxal və ixrac əməliyyatları, fitosanitar nəzarət sahəsinə aid məhsulların ixrac prosesi, eyni zamanda bitki mühafizə vasitələrinin idxal prosesi artıq tam şəkildə elektronlaşdırılıb.
Hazırda baytarlıq sahəsində idxal və ixrac əməliyyatlarının, paralel olaraq fitosanitar sahədə isə idxal əməliyyatlarının elektronlaşdırılması və müraciətlərin sahibkarlar tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən “Şəxsi kabinet” vasitəsilə həyata keçirməsi üzərində işlər aparılır. Cari ilin may ayında qida sahəsində idxal-ixrac əməliyyatlarının tamamilə elektronlaşdırılması gözlənilir. Bu da öz növbəsində müraciətlərin daha sürətli icrasına və məlumat mübadiləsinin operativ həyata keçirilməsinə şərait yaradacaq. Müvafiq yeniliklərlə tanışlıq məqsədilə sahibkarlarla görüşlərin keçirilməsinə başlanılıb.
Qeyd edək ki, AQTİS-in infrastrukturu və fəaliyyətinin dayanıqlığının təmin edilməsi məqsədilə Agentliyin əsas infrastruktur serverləri və ehtiyatları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Data Mərkəzində yerləşdirilib. Eyni zamanda 2025-ci ilə qədər AQTİS-də bir çox yeni modulların hazırlanması da nəzərdə tutulur. Bu istiqamətdə görülən tədbirlər elektron xidmətlərin geniş tətbiqi ilə xidmət keyfiyyətinin yüksəldilməsi, sahibkarların “Şəxsi kabinet” vasitəsilə müraciətlərinin qəbulu, kağızsız izləmə sisteminə keçid, vaxta qənaət, xidmətlərdən yararlanmanın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədi daşıyır.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı