Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.
Foodinfo.az xəbər verir ki, komitə sədri Tahir Rzayev qanunverici orqanın yaz sessiyasında görülən işlər barədə hesabat verib.
Hesabat qəbul olunub.
Daha sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edilib. Bildirilib ki, qarşıdakı sessiyada iş planına Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş Prokurorun, Milli Məclisin deputatlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi sənədlərin müzakirəsi, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin hazırlanması, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib.