Qidalanmada lifin az olması bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Foodinfo.az xəbər verir ki, əsasən, həzm sistemi bundan əziyyət çəkir – kifayət qədər lif qəbul etmədikdə qəbizlik yaranır, bağırsaq hərəkətləri yavaşlayır və həzm prosesi pozulur. 

Uzun müddət lifsiz qidalanma bağırsaq xəstəliklərinin, o cümlədən babasil və divertikulit kimi problemlərin yaranmasına gətirib çıxarır.  

Bundan əlavə, lif qan şəkərinin səviyyəsini tənzimləməyə kömək etdiyi üçün onun çatışmazlığı insulin müqavimətinə və 2-ci tip diabet riskinin artmasına səbəb olur. 

Lifin yetərsiz olması həm də xolesterolu yüksək səviyyədə saxlaya bilər, bu da ürək-damar xəstəliklərinə yol aça bilər. 

Arıqlamaq istəyənlər üçün də lif vacibdir, çünki toxluq hissini uzadır. Sağlam qidalanma üçün tərəvəz, meyvə, tam taxıllar və paxlalı bitkilərin qidalanmaya daxil edilməsi vacibdir.