Qırğızıstanda da ərzaq qiymətləri bahalaşıb. Bu barədə Foodinfo.az “Sputnik”ə istinadən xəbər verir.
Qeyd olunur ki, ölkədə 1 yanvar – 17 fevral tarixləri arasında inflyasiya 2,8 faiz olub.
Ərzaq və alkqoqolsuz içki qiymətləri 3,8 faiz, alkoqollu içki və tütün məmulatları 1,7, qeyri-ərzaq məhsulları isə 1,7 faiz bahalaşıb.
Xatırladaq ki, son bir neçə ayda dünyada ərzaq qiymətləri kəskin şəkildə bahalaşır. Bu həm inkişaf etmiş ölkələrdə, həm də inkişaf etməkdə olan dövlətlərdə qeydə alınıb.
Leyla