Qış fəslində bitki çayları soyuq havanın təsirindən qorunmaq, immuniteti gücləndirmək və bədəni isti saxlamaq üçün ideal seçimdir. 

Foodinfo.az qış fəslinin ən faydalı çaylarını təqdim edir:

Zəncəfil çayı 

Ən faydalı çaylardan biri zəncəfil çayıdır. Soyuqdəyməyə qarşı təsirli olan bu çay həm də həzmi yaxşılaşdırır və bədəni istiləndirir.  

İtburnu çayı 

Bu çay C vitamini ilə zəngin olduğu üçün immuniteti gücləndirir və qripə qarşı təsir göstərir. 

Çobanyastığı çayı 

Çobanyastığı çayı iltihab əleyhinə təsiri ilə sakitləşdirici xüsusiyyətlərə malikdir və yuxu keyfiyyətini artırır.

Nanə çayı 

Bu bitki çayı soyuqdəymənin simptomlarını yüngülləşdirir, sinusları açır və həzmi asanlaşdırır.  

Darçınlı-mixəkli çay

Qış aylarında həmçinin darçın və mixək çayı bədəni istiləndirir, enerji verir və iltihablarla mübarizə aparır. 

Bu çayları təbii bal və ya limonla zənginləşdirərək təsirini artırmaq mümkündür. 

Gündəlik rasiona müxtəlif bitki çayları əlavə etməklə sağlam və rahat qış keçirə bilərsiniz.