Avropa Birliyində ərzaq sistemini dəyişdirəcək bir layihə hazırlanıb. Foodinfo.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
CLEVERFOOD adı verilən yeni və əhatəli AB layihəsi qida sistemini iqlim, bioloji müxtəliflilik və insanlara faydalı olacaq bir şəkildə dönüşdürmək üçün Avropa vətəndaşları arasında səfərbərlik başlatmağı planlaşdırır.
Sözügedən layihə rəsmi olaraq 1 yanvar tarixində başlayıb. 20-22 fevral 2023-cü il tarixlərində Portuqaliyada açılış toplantıları həyata keçirilib.