İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib.
Foodinfo.az xəbər verir ki, sənəd ictimai iaşə müəssisələrdə çalışan əməkdaşlar və əhalinin sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.
Mövcud olan məlumatlara əsasən COVID-19 insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə təmasdan sonra əllərlə ağız boşluğu, gözlərə, buruna və s. toxunduqda ötürülür.
Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı və/və ya yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur.
Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.
Ümumi göstərişlər:
Aşağıdakıları təmin edilməlidir:
• İctimai iaşə müəssisələrində COVID-19 -a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə işçi heyətin virus və əks-epidemik tədbirlər barədə məlumatlandırılması;
• Müəssisə daxilində işçi heyətin şəxsi gigiyena qaydalarına riayət etmə səviyyəsi həmin qaydalar barədə məlumat vərəqələrinin çap edilərək müvafiq sahələrə (soyunub-geyinmə otaqları, sanitar qovşaq, mətbəx və s.) yerləşdirilməsi;
• Yeməklər hazırlanarkən bişirilmə temperaturuna riayət edilməsi, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılması;
• Xam məhsulların istifadədən əvvəl təmizlənməsi, yemək dəstlərinin, mətbəx avadanlıqlarının, çirkli səthlərin yuyulub təmizlənməsi prosedurları barədə mütəmadi təlimləndirilməsi;
• Müəssisədə təmizlik və dezinfeksiya işlərinin aparılması üzrə məsul şəxsin təyin edilməsi;
• Məsul şəxs təmizlik və dezinfeksiya işlərinin dövriliyi, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydaları, həmçinin dezinfeksiyanın aparılması qaydaları barədə məlumatlarla təmin edilməsi;
• Sanitar gigiyenik qaydalara əsasən, müəssisələrdə sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanması;
• Müəssisədə axar isti və soyuq su təchizatının təmin edilməsi;
• Müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi;
• Dezinfeksiyaedicidən istifadə etmək üçün müəssisə qurğularla təmin olunmalıdır;
• Birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməsi;
• Yetərli sayda tibbi maskaların və əlcəklərin təmini;
• Istifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması;
• Mətbəxdə, heyət otaqlarında, sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işlərinin aparılmasının təmin edilməsi;
• Qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1m-dən az olmamalıdır və masalar arası məsafələr 2m-dən az olmalıdır.
Təmizlik və dezinfeksiya işlər:
• Həyata keçirilən təmizlik-dezinfeksiya işləri məhsulların xüsusiyyətləri, təmizlikdezinfeksiya qaydaları nəzərə alınmaqla və müxtəlif təmizlik vasitələrindən istifadə etməklə aparılır. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində mütəmadi əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatlarından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.
Təmizlik-dezinfeksiya işləri həyata keçirilərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir:
• Mexaniki təmizlik: quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdırılır;
• Təmizləmə: isti su və lazımi hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata keçirilir;
• Durulama: istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaşdırılması məqsədilə isti sudan istifadəedilir;
• Dezinfeksiya: istifadəsinəicazə verilən dezinfeksiyaedici maddələr istifadə təlimatına uyğun olaraq tətbiq edilir;
• Dezinfeksiyadan sonra durulama: bu mərhələdə içmək üçün yararlı sudan istifadə edilir.
Dezinfeksiyaedici maddələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar:
• İstifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır;
• Lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadəedilməməlidir;
• Digər şəxslərin yanlış istifadəsinin qarşısını almaq məqsədilə dezinfeksiyaedici məhlul hazırlandıqdan sonra qablaşdırma üzərində tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalıdır;
• Dezinfeksiya işlərinin aparılması tezliyi planlaşdırılmalıdır;
• Dezinfeksiya işlərini həyata keçirən işçi heyəti xüsusi qoruyucu vasitələrlə (əlcək, maska və s.) mütləq təmin edilməlidir;
• Dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır;
• Dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməlidir.
QEYD: qida ilə təmasda olan səthlərin dezinfeksiyasından sonra su ilə durulanması mütləqdir.
Dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri:
• Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);
• Qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və yadigər);
• Müştərilərin şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);
• Məhsulların saxlandığı rəflər, stellajlar, daşındığı araba və səbətlər (spirt tərkibli məhlul və ya digər);
• Çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt tərkibli məhlul və ya digər);
• Döşəmələr (xlor tərkibli məhlul və ya digər);
• Soyuducuların tutacaqları (spirt tərkibli məhlul və yadigər);
• Soyunub-geyinmə otaqları (xlor tərkibli məhlul və yadigər);
• Sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);
• Anbarlar (xlor tərkibli məhlul və ya digər);
• Tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);
• Tullantı qabları (spirt tərkibli məhlul və ya digər);
• Ödəniş terminalları (spirt tərkibli məhlul və ya digər);
• Kassada yerləşən konveyerlər (spirt tərkibli məhlul və ya digər).
İşçi heyətinin şəxsi gigiyenası:
• İşçi heyət dəyişəkli təmiz iş geyimi ilə, həmçinin gün ərzində bir çox insanla təmasda olmaları nəzərə alınaraq, maska, əlcək (ofisiant heyəti istisna olmaqla), dezinfeksiyaedici məhlul və lazımi hallarda digər gigiyenik vasitələrlə təmin olunmalıdır;
• Şəxsi gigiyena qaydalarına riayət edilməli, işə başlamazdan, qida məhsulları ilə təmasdan öncə, çiy qida məhsulunun emalı, qablaşdırılması və satışa hazırlanmasından, tullantılarla təmasdan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, pulla təmasdan, siqaret çəkdikdən sonra işçilərin əllərini təmiz yumasına və ya dezinfeksiyasına nəzarət edilməlidir;
• Qida məhsulları ilə təmas edərkən saçları qapalı saxlayan baş örtükləri və əlcəklərdən istifadə edilməlidir;
• Əlcəklər çirkləndikdə və tamlığı pozulduqda, həmçinin iş növbələri arasında dəyişdirilməlidir;
• İşçi heyətin əllərində istənilən kəsik, açıq, qapalı yaralar mütləq su keçirməyən sarğı ilə örtülməli, bununla bağlı tibb müəssisəsinə dərhal müraciət olunmalıdır.
Əllərin gigiyenasına dair tövsiyələr:
• Əllərinizi axar su ilə isladın və sabunu əllərinizəsürtün;
• Əllərinizi sabunla birlikdə ovuşdurun. Barmaqların və dırnaqların arasını yaxşı sabunlayın;
• Sabunlu əllərinizi ən azı 20 saniyə ovuşdurun;
• Əllərinizi axar suyun altında mükəmməl durulayın;
• Əllərinizi təmiz salfetlərlə qurudun;
• Sabun və ya su istifadəsi mümkün olmadıqda, etanol (spirt) tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edin.
Dırnaqların gigiyenası:
• Dırnaqlar qısa saxlanmalı və tez-tez kəsilməlidir.
• Hər dəfə əllər yuyulmazdan öncə dırnaqların altı sabun və su ilə (və ya dırnaq üçün fırça ilə) təmiz yuyulmalıdır.
• İstifadədən öncə dırnağa qulluq vasitələri təmizlənməlidir.
• Dırnaqların dişlənməsi yolverilməzdir.
• Kutikula qatının zədələnməsi arzuolunmazdır, çünki kutikula infeksiyanın qarşısını almaq üçün baryer rolunu oynayır.
Tibbi maskalardan ümumi istifadə qaydaları:
• Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərti ilətaxılmalıdır;
• İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaqolmaz;
• Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsiləçıxarılmalıdır);
• Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilətəmiz yuyulmalıdır;
• Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir;
• Birdəfəlik maskalardan təkrar istifadəedilməsi qəti qadağandır;
• Birdəfəlik maskalar istifadəsindən sonra tibbi tullantı kimi ləğv edilməlidir.
İş geyimi ilə əlaqədar gigiyenik qaydalar:
• İşə başlamazdan əvvəl üst paltarı, ayaqqabı, şəxsi əşyalar qarderoba yerləşdirilməlidir;
• İş və şəxsi geyimləri müxtəlif dolablarda saxlanılmalıdır;
• İşə başlamazdan əvvəl əllər sabunla təmiz yuyulmalı, təmiz işçi forması geyinilməli,
saçlar örtük altında yığılmalı və ya xüsusi tor materialdan hazırlanmış başlıqlardan istifadə edilməlidir;
• İş zamanı təmiz paltarda olmalı, çirkləndikdə dəyişdirilməlidir;
• Sanitar qovşağa getdikdə önlük, başlıq çıxarılmalı, əllər sabunla təmiz yuyulduqdan sonra təkrar geyinilməlidir;
• İşçi formasında məkandan kənara çıxmaq qadağandır.
İşçi heyətinin müayinəsi:
• İş zamanı özündə COVİD-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY müraciət edilməlidir;
• İşə gəlməzdən əvvəl özündə COVİD-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) rəhbərinə xəbər verərək evdə izolyasiya olunmalıdır və tibbi xidmətin təmin olunması məqsədi ilə 103 TTTY müraciət etməlidir;
• Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir;
• Həmin işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdır.