2023-cü ilin sonunda 1 ABŞ dolları 77 rubla bərabər olacaq.
Foodinfo.az xəbər verir ki, “Vedomosti” qəzeti bu barədə Rusiya hökumətinə yaxın mənbəyə istinadən yazıb.
Mənbə bu barədə ölkənin sosial-iqtisadi inkişafla bağlı son proqnozunda göstərildiyini iddia edib. Daha bir mənbə isə sözügedən ssenarinin həqiqətən nəzərdən keçirildiyini və dolların kursunun 78 rubl ətrafında olacağını vurğulayıb.
Həmçinin hazırda rublun zəif kursunun müvəqqəti hal olduğu qeyd edilib.