Rusiya vətəndaşlarının 2023-cü ildə may bayramlarını keçirmək üçün üstünlük verdikləri ölkə Türkiyə olub.
Foodinfo.az xarici mətbuata istinadən xəbər verir ki, gələn ay üçün satılan turların 33 %-i məhz qardaş ölkənin payına düşüb.
İkinci populyar istiqamət ölkədaxili turlardır (satışların 22 %-i), üçüncü və dördüncü yerləri isə müvafiq olaraq Misir (17 %) və Birləşmiş Ərəb Əmirlikləri (12 %) tutur.
Xatırladaq ki, bu il aprelin 29-dan mayın 2-nə kimi və 6-9 may tarixləri Rusiyada istirahət günləri elan edilib.