Şəmkirdə kütləvi zəhərlənmə qeydə alınıb. Foodinfo.az  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun 5-ci küçəsində yerləşən “Mahmud” dönər satışı məntəqəsində qeydə alınlb. Belə ki, 2-si uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yadım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir. Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər. Hazırda fakt araşdırılır. *** Dönərdən zəhərlənənlərin adları məlum olub. Həmin şəxslər aşağıdakılardır: 2013-cü il təvəllüdlü Əlizadə Tamela Orxan qızı 2015-ci il təvəllüdlü Əlizadə Zəhra Orxan qızı 2011-ci il təvəllüdlü Əliyeva Nəzrin Natiq qızı 2018-ci il təvəllüdlü İlyasova Nərminə Vüsal qızı 2020-ci il təvəllüdlü İlyasova Nihan Vüsal qızı 1993-cü il təvəllüdlü Rzayev Cəfər Elman oğlu 1999-cu il təvəllüdlü Hüseynov Təbriz Elbəy oğlu Qafarov Nurlan Mədət oğlu Vəliyev Qəzənfər Baba oğlu. Zəhərlənənlərdən bir neçəsinin vəziyyətinin kafi olduğu bildirilir.