Şimali Koreyanın Fəhlə Partiyasının Mərkəzi Komitəsi aclıq böhranı ilə mübarizə aparan xarici ölkələrdən qida dəstəyi almağın “zəhərli şəkər” yeməyə bənzədiyini açıqlayıb.
Foodinfo.az bu barədə partiyanın rəsmi nəşri olan “Rodong Sinmun” qəzetinə istinadən xəbər verir.
Qeyd olunub ki, ölkədə qida ilə bağlı problemlər dövlətin öz resursları hesabına həll edilməlidir.
“İmperialistlərdən dəstək almaq ölkəni yeni bir yağmalanma tələsinə salar. Bu “zəhərli şəkər”i yeyərək iqtisadiyyatı canlandırmaq xətadır”, - deyə bildirilib.