Şimali Koreyada ərzaq böhranının baş verməsi ilə bağlı dünya mətbuatında müxtəlif versiyalar səsləndirilir.
Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. Bildirilir ki, artıq hökumət rəsmiləri problemin aradan qaldırılması yollarını müzakirə etməyə başlayıblar. Burada əsas müzakirə mövzusu ölkənin yeni kənd təsərrüfatı siyasəti olacaq.
Qeyd edək ki, onsuz da qida resursları məhdud olan Şimali Koreyada koronavirusla bağlı izolyasiya tədbirləri vəziyyəti daha da ağırlaşdırıb.
Leyla