ABŞ-ın Cons Hopkins Universitetinin (ABŞ) alimləri siqaretlərin orqanizmə azaltmağının yollarını araşdırıb. Foodinfo.az Azmedia.az-a istinadən xəbər verir ki, araşdırmalara görə, hər gün 3 alma və 2 pomidor yeməklə siqaret çəkməyin ağciyərin sağlamlığına olan mənfi təsiri azalmaq, ağciyərdə gedən patoloji prosesləri ləngitmək mümkündür. Həmçinin məlum olub ki, 3 alma və 2 pomidorun gündəlik istehlakı siqaret çəkməyən insanlara da ağciyəri möhkəmləndirməyə kömək edir.