Siqaret çəkildikdə zəhərli qazlar əvvəlcə ağciyərlərə, sonra isə qana keçir. Və yavaş-yavaş bütün orqanlara yayılmağa başlayır.
Siqaret nikotin və müxtəlif maddələrin tütün yarpaqlarına yuvarlanması ilə hazırlanır. Siqaret və tütün istehsalında istifadə edilən bu komponentlər yandırıldıqda xərçəngə səbəb olduğu bilinən 40-dan çox zərərli və təhlükəli kimyəvi maddə ifraz olunur.
Bu tüstünün tərkibində azot oksidi, zəhərli qazlar kimi tanınan karbon monoksit və xərçəngə səbəb olan radioaktiv hissəciklər var. Siqaretlə yanaşı, qəlyan, tüstüsüz tütün və çeynəmə tütünü kimi tütün məmulatları da təhlükəlidir.
Nikotin beyində xoş duyğu yaratsa da, tütün asılılığına səbəb olur. Nikotinin təkrar qəbulu beyni daha çox nikotinə ehtiyac duymaq üçün desensibilizasiya edir.
Foodinfo.az ağciyərlərin təmizlənməsinə kömək edən və siqaret çəkmə istəyini azaldan qidaları təqdim edir:
SARIKÖK
İltihab əleyhinə bir qida olan sarıkök ağciyərləri təmizləməyə kömək edir.
ZƏNCƏFİL
İltihab əleyhinə xüsusiyyətlərə malik olan zəncəfil ağciyərlərdən toksinlərin atılmasını asanlaşdıran bir qidadır. Tərkibində sink, maqnezium və kalium kimi bir çox vitamin və mineral var. İstəyə görə yeməklərə əlavə oluna və ya çay kimi istehlak edilə bilər. Bəzi zəncəfil ekstraktlarının ağciyər xərçənginə səbəb olan hüceyrələri öldürdüyü də məlumdur.
SARIMSAQ
Güclü antibiotik mənbəyi olan sarımsaq infeksiyaları aradan qaldırmağa kömək edir. Tənəffüs yollarını bağlayan maddələrin çıxarılmasında da rol oynayır. Həm astma müalicəsində, xərçəng riskini və iltihabı azaltmaqda təsir göstərir.
ALMA
Antioksidant mənbəyi kimi tanınan alma orqanizmi ağciyər xəstəliklərinə qarşı qoruyur. Tərkibindəki vitaminlər sayəsində həm də iltihab əleyhinə təsir göstərir.
KƏLƏM, BROKOLİ KİMİ TƏRƏVƏZLƏR
Bu tərəvəzlər xlorofillə zəngindir və qanı süzməyə və toksinləri çıxarmağa kömək edir. İmmunitet gücləndirici təsirləri də var. Bu tərəvəzlərdən ən əhəmiyyətliləri kələm, brüssel kələmi, brokoli və gül kələmidir.
YAŞIL ÇAY
Bədəni müxtəlif xərçəng növlərinə qarşı qoruyan yaşıl çay ağciyərlərdən mayeləri çıxaran güclü antioksidanlara malikdir. Antimikrobiyal olaraq da bilinən yaşıl çay ağciyərlərdəki mucusun boşalmasını təmin edir.
SİQARET ÇƏKMƏK İSTƏYİNİ AZALDAN QİDALAR:
Meyvə və tərəvəz:
Siqaret çəkmək C və D vitamini və kalsium kimi mineralların udulmasına mane olur. Bir siqaret bədəndə 25 mq C vitamini ifrazına səbəb olur. Meyvə və tərəvəzlərin istehlakı siqaretin yaratdığı vitamin ehtiyatlarını doldurmağa kömək edir. Meyvə istehlakı siqaret çəkmək istəyini də azaldır. Siqareti tərgitdikdən sonra yeməyin dadı daha fərqli və dadlı olur.
Süd və süd məhsulları:
Araşdırmalara görə süd içmək siqaretin daha acı və pis dadlı olmasına səbəb olur. Buna görə də süd içmək siqaret çəkmək istəyini azalda bilər.
Jenşen çayı:
Bəzi araşdırmalara görə, jenşen çayı nikotin asılılığını müalicə edə bilir. Jenşen beyində tütün çəkərkən həzz duyğularına səbəb olan dofaminin təsirini zəiflədir.
Popkorn:
Siqareti atdıqdan sonra bir çox insan əllərini və ağzını məşğul saxlamaq üçün yeməyə müraciət edir. Həddindən artıq yemək bu prosesdə daha çox kökəlməyə səbəb olacağından, Amerika Ürək Dərnəyi popkorn istehlak etməyi tövsiyə edir. Bir fincan popkorn təxminən 65 kaloridir. Sizi tox hiss etdirən bu qida siqareti tərgitməyinizi asanlaşdıra bilər.
Nanəli konfetlər və şəkərsiz saqqız:
Yuxarıda qeyd etdiyimiz kimi, ağzı məşğul saxlamaq üçün tövsiyə edilən üsullardan biri də saqqız çeynəmək və ya nanəli konet yeməkdir.
Darçın çubuğu:
Darçın çubuğunu sormaq kalori əlavə etmədən ağzınızda xoş bir dad buraxır.
Kişmiş:
Siqareti tərgitdikdən sonra şəkər istəyi də yarana bilər. Amerika Ürək Dərnəyi bu şərtlər üçün qara kişmiş tövsiyə edir.