Məlum olduğu kimi siqareti tərgitdikdən sonra belə onun fəsadlarını orqanizmdən təmizləmək olduqca çətindir.
Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, su, meyvə və tərəvəzlərin xasitəsilə ağciyərlərə fayda vermək mümkündür.
Su nə qədər çox içilərsə, bir o qədər də, ağciyərlərin təmizlənməsi prosesi aktiv şəkildə gedir. Ona görə də gün ərzində içilən suyun miqdarı çox önəmlidir. Lakin ağciyər xəstəlikləri zamanı içilən suyun miqdarı həkim məsləhəti ilə azaldılmalıdır.
Meyvə - onlar antioksidantlardır və oksidləşdirici proseslər nəticəsində hüceyrə məhvinin qarşısını alırlar. Onlar zədələnmiş ağciyərlərin bərpasına kömək edirlər. Pəhrizinizə alma, banan və digər meyvə və giləmeyvələri daxil edin.
Tərəvəzlər - iltihab əleyhinə təsir göstərir. Pomidorun müalicəvi xüsusiyyətlərini unutmaq olmaz. Brokolinin diyetə daxil edilməsinin siqaret çəkənlər də daxil olmaqla ağciyər xərçəngi riskini azaltdığı sübut edilib.
Nazim