Kəsmik sümüklərin sağlamlığı üçün vacib olan qida maddələri ilə zəngindir. Tərkibindəki yüksək miqdarda kalsium sümüklərin möhkəmlənməsini və osteoporozun qarşısının alınmasını təmin edir. 

Foodinfo.az xəbər verir ki, kalsium, xüsusilə yaşlılarda sümük sıxlığını qorumaq üçün əhəmiyyətlidir. 

Eyni zamanda, kəsmikdə D vitamini də mövcuddur ki, bu da kalsiumun orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir. 

Fosfor da kəsmikdə bol miqdarda mövcuddur və bu, kalsiumla birlikdə sümüklərin və dişlərin sağlamlığını dəstəkləyir. 

Həmçinin kəsmikdəki zülallar əzələlərin inkişafını və toxumaların bərpasını təmin edir. 

Uşaqlardan yaşlılara qədər hər yaş qrupu üçün faydalı olan kəsmiyi gündəlik qidalanmaya əlavə edilərək sümük sağlamlığını qorumaq olar.