Nazirlər Kabineti “Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə, həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları”na dəyişiklik edib. Foodinfo.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, qaydalara yeni bənd əlavə edilib. Belə ki, karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklərə yoluxmuş heyvanların müayinəsi, müalicəsi və belə heyvan xəstəliklərinin profilaktikası barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq, “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil ediləcək.
Qeyd edək ki, qaydalar bir sıra karantin, insan və heyvanların sağlamlığı üçün təhlükəli olan xüsusi təhlükəli xəstəliklər baş verdikdə onların ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi qaydalarını tənzimləyir.