Evin müəyyən yerlərində ərp, ləkə və ya çöküntü əmələ gəlməsi bir müddət sonra evdəki hər kəsi narahat etməyə başlayır. 

Xüsusilə hamam və tualet evimizin ən təmiz yerləri olmalıdır. Belə yerlərdə çoxlu zərərli bakteriya inkişaf edə bilir. Yoluxucu xəstəliklərin qarşısını almaq üçün tualetin təmizlənməsi xüsusilə vacibdir.Eyni şəkildə bu yerlərdə zərərli bakteriyalarla yanaşı pis qoxunun da olma ehtimalı yüksəkdir.

Ərp əmələ gəlməsini mərmərdə, çaydanda, qəhvədanda və saysız-hesabsız yerlərdə görmək olar. Mövcud ərp təmizləmə məhsulları bəzi problemlərin həllində təsirli olmaya bilər. Bəzi kimyəvi maddələr təsirli olsa da, tərkibindəki komponentlərə görə ondan uzaq durmaq istəyənlər də ola bilər.

 Foodinfo.az xəbər verir ki, istifadə olunan bir çox kimyəvi maddələr bəzi insanlarda allergik problemlər yaradır. Buna görə də ekoloji cəhətdən təmiz üsullarla kimyəvi məhsul seçimindən uzaqlaşa bilərsiniz.

Evdə hazırlayacağınız bu qarışıqlarla hamam və tualetlərdə yaranacaq təmizlik problemlərini aradan qaldıra bilərsiniz.

Limon suyu sirkə:

Tualetin təmizlənməsi üçün evdə sınamalı olduğunuz bu kombinasiya bir çox kir probleminin həllində faydalı olacaq. 1 stəkan limon suyu və 1 stəkan sirkəni qarışdırın.

Hazırladığınız qarışığı unitaza töküb 1-2 saat gözləyin. Sonda fırçanın köməyi ilə təmizləyərək yuyun. Bu yolla bir çox bakteriyanı məhv etmiş olacaqsınız.

Soda sirkə:

Artıq hər kəsin evində olan bu iki materialla lavaboları və şkafları təmizləyə bilərsiniz. Bunun üçün 1 qaşıq soda və 1 stəkan sirkə lazımdır.

Ayırdığınız sirkəni 40 dərəcə qızdırın. Sonra bir qaşıq soda əlavə edin. Qarışığı unitaza tökün. Proses başa çatdıqdan sonra unitazın qapağını bağlayın və təxminən 2 saat gözləyin. Sonra sifonu bir neçə dəfə çəkərək təmizləmə prosesini tamamilə bitirə bilərsiniz.

Evinizdəki əşyaların üzərində ərp əmələ gəlməsinin qarşısını almaq üçün vacib hiylə sirkə miqdarı və gözləmə müddətidir. Ərpləşmiş çaydanınızın parıldaması üçün içinə 2 stəkan sirkə tökün və bir gecə saxlayın. Ertəsi gün üzərinə 1 xörək qaşığı soda əlavə edin və fırçanın köməyi ilə təmizləyin. Bol su ilə yuyulduqdan sonra əvvəlkindən daha yeni çaynikiniz olacaq.

2 kartofun qabığını soyduqdan sonra qabığını çaydana qoyun. Üzərinə 1 litr su əlavə edib qaynadın. Bu şəkildə siz ərplərin öhdəsindən gəlmiş olacaqsınız. 

Boraxlimon suyu su:

Təbii təmizləyici olan Borax tualetin təmizlənməsi üçün istifadə edilə bilər. Tualeti pis qoxulardan və bakteriyalardan təmizləmək üçün bu kombinasiyanı sınamaq faydalıdır.

Bir çay qaşığı borax, yarım stəkan limon suyu və yarım stəkan suyu birlikdə qarışdırın. Qarışığı unitazın hər tərəfinə tökün. Bir neçə saatdan sonra fırça ilə yuyun.