Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Qida və Nəzarət Baş İdarəsi Şimali Kipr və Azərbaycan istisna olmaqla kərə yağının ixracına qadağa qoyub. Foodinfo.az Report-a istinadən xəbər verir ki, məlumata görə, bu qərar ölkədə kərə yağı çatışmazlığının qarşısını almaq, tələb-təklif balansını qorumaq məqsədilə qəbul edilib. Bu ilin I rübündə Türkiyə 34 milyon ABŞ dolları dəyərində kərə yağı ixrac edib. Bu isə ölin eyni dövrü ilə müqayisədə 56 dəfə çoxdur.