Türkiyədə fevralda məhsulların qiymət artımı səviyyəsi açıqlanıb. Bu barədə Foodinfo.az “Ensonhaber”ə istinadən xəbər verir.
Ölkədə fevral ayında əvvəlki aya nisbətlə qiyməti ən çox artan məhsul xəstəxana çarpayısı olub. Bu məhsul 64,8 faiz bahalaşıb.
Eyni zamanda ölkədə ərzaq məhsullarında da qiymət artımı olub. Məsələn tərəvəzlərdən xiyar 54,29 faiz bahalaşıb. Balqabaq isə 43,83 bahalaşıb.
Mədəniyyət, təhsil və əyləncə xərcləri kateqoriyasında futbol oyunlara biletlərin qiyməti artıb.
Bu məhsul da ən çox bahalaşan məhsullar siyahısına düşüb. Belə ki, biletlər 38,21 faiz bahalaşıb.
Leyla