Zəlzələ bölgəsində istehsalın azalması ərzağın bahalaşmasına səbəb ola bilər. Foodinfo.az Sözcü.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Ziraaat Odaları Birliyi sədri Şemsi Bayraktar danışıb.
Onun sözlərinə görə, Türkiyənin ümumi daxili məhsulunun 15 faizi zəlzələ bölgəsindən təmin edilir.
“Bölgədəki fermerlərimizin kəndini, tarlasını tərk etməməsi vacibdir. Bu bölgədə istehsal azalarsa, ölkə daxilində ərzaq bahalaşar”, - deyə o qeyd edib.
Leyla