Dünyanın bir çox ölkəsində olduğu kimi Ukraynada da ərzaq qiymətlərində artım davam edir. Foodinfo.az bu barədə Today.ua nəşrinə istinadən xəbər verir.
Ölkədə ötən il ərzaq qiymətləri 30 faizdən çox artıb. Bu il isə artıq çörək və meyvə qiymətlərində yenidən artım gözlənilir. Buna səbəb cari ildən ölkədə əkin sahələrinin azalması olacaq. Ümumən ölkədə xammal bazasının azalması enerjidaşıyıcılarının qiymətində artıma səbəb olacaq ki, bu da çörək və un istehsalına təsir göstərəcək.
Fərid