Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Ulu Öndər Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım mərasimi təşkil edilib. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, tədbirdə əvvəlcə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca AQTA sədri Qoşqar Təhməzli Ulu Öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyəti, zəngin siyasi irsi və təcrübəsi haqqında çıxış edib. Ümummilli Liderin uzaqgörən siyasətinin Azərbaycanda yeni sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsi üçün zəruri əsaslar formalaşdırdığını diqqətə çatdırıb. Həmçinin tədbirdə Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat yolundan, vətən və xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edən film nümayiş olunub. Tədbirdən sonra Agentliyin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, ruhuna dərin hörmət və ehtiramlarını bildirib, abidəsi önünə gül dəstələri qoyublar. Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub. [gallery ids="52177,52178,52179,52180,52181"]