Cənubi Kuril şəhər xəstəxanası barədə məhkəmə 150 min rubl cərimə qərarı verib.
Foodinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, buna səbəb xəstəxanaya gətirilmiş 6 yaşlı uşağa səhv diaqnoz və müalicə təyin edilməsi olur.
Ötən ilin dekabrında yüksək qızdırma və üz, gözün şişməsi əlamətləri ilə gətirilən uşağa həkimlər düzgün diaqnoz qoymadan, müəyyən dərmanlar və gözünə xiyar və çay paketi qoymaq tövsiyə ediblər.
Ana həkimlərin dediyini etsə də 2 günə uşaq ağırlaşıb. Reanimasiyaya çatdırılan xəstənin başında yumurta boyda irin kisəsi aşkarlanıb.
İltihablı haymor cibindən beyində abses yaranıb.
Uşağın kəlləsini açıb, beynin sanasiyası aparılıb.
Saxalin əyalətinin Səhiyyə Nazirliyindən bildirilib ki, xəstəlik tipik getməyib və əlamətləri yayındırıcı olub. Diaqnoz isə gecikmiş qoyulub.
Prokurorluq xəstəxanada yoxlamalar aparıb və iş məhkəməyə təqdim olunub.
Uşağı xilas etmək mümkün olub.