2 ilə yaxındır ki, koronavirus pandemiyası ilə mübarizədə tibbi maskalar əsas qoruyucu silahımıza çevrilib. Tibbi maskadan dügün istifadə etmədikdə sağlamlıq üçün müəyyən problemlər yarana bilər.
Foodinfo.az Medicina.az-a istinadən xəbər verir ki, pediatr-neanotoloq Nurəngiz Hacıyeva maskalar və onların uzun müddət taxılması haqqında alimlərin bir neçə fikrini paylaşıb.
Həmin fikirlər aşağıdakılardır:
1)Sars-Cov2-nin ölçüsü 0,1 mikron, qoruyucu maskaların səthində olan dəliklərin ölçüsü isə, 0,3-10 mikrondur.
2) Hər bir insan bir saat ərzində əllərini 4-5 dəfə ağzına, üzünə, burnuna və gözünə toxundurur. Bu, istək xaricində olan, qeyri-iradi, müdafiə xarakterli reflektoru aktdır.
3) Maskadan uzunmüddətli istifadə diskоmfort, emosional stress, dəri səthinin zədələnməsi, allergiya, dermatit, piy vəzlərinin iltihabı, irinli sıpgilərin əmələ gəlməsinə səbəb olur. Virusun göz alması və çənəaltı nahiyyədə yüksək qatılıqda toplanmasına, potensial viral aktivlik və lokal sahədə virus yükünün kəskin yüksəlməsinə gətirib çıxarır.
4) Uşaqlarda maska taxmaq həm də nitq pozğunluğuna səbəb ola bilər. Odur ki, bütün uşaqlara, xüsusən ilkin uşaqlıq yaş dövründə (3-6 yaş) olan uşaqlara maska taxdırmaq mütləq əks göstərişdir.
5) Maskadan uzunmüddətli istifadə orqan və sistemlərdə oksigen aclığına səbəb ola bilər. Bu hal, xüsusən onkoloji xəstələr, aterosklerozlu şəxslər, eləcə də yaşla bağlı degenerativ gedişli baş beyin patologiyası olan və ya buna meyilli şəxslərdə, məlum xəstəlklərin kəskinləşməsində əsas risk faktoru sayılır.
6) İlk dəfə istifadəyə götürülən təzə maska saxlanma şəraitindən asılı olmayaraq, tam steril deyildir. Təzə maskada, ən azı 30 mikrob koloniyası olur. 2 saat istifadədən sonra maskada olan mikrob koloniyaların sayı 3500-ə çatır, mikrob və virus kolonyasının birbaşa hücumuna məruz qalır.
7) Eyni maskadan əksər hallarda təkrar istifadə etdikdə virusa yoluxma bir neçə dəfə yüksəlir.
8) Koronaviruslu xəstələrin maska taxması xaricə qovulan virus yükünü süstləşdirdiyi və əks istiqamətli hərəkətinə səbəb olduğundan, infeksiyanın proqnozuna münasibətdə çox arzuolunmsz hal sayılır.
9) Maska taxılan zaman virusun xaric olmasına maneə yarandığından, burunun selikli qişasında virusun konsentrasiyası artır, baş ağrıları beyin xəstəlikləri meydana çıxmasına səbəb ola bilər.