Xərçəng bir sıra səbəblərə görə gənclərə getdikcə daha çox təsir edir.
Bu barədə onkoloq Yevgeni Çeryomuşkin "RİA FederalPress"ə söhbətində danışıb və ətraflı məlumat verib.
Onun sözlərinə görə, buna ilk növbədə qeyri-kafi qidalanma, aktivliyin olmaması, ətraf mühitin zərərli toksinlərinə məruz qalma kimi həyat tərzinin dəyişməsi təsir edir. Bütün bunlar orqanizmdə kanserogen maddələrin yığılmasına, xərçəng riskinin artmasına səbəb olur.
Həmçinin yarımfabrikatlara əlavə olunan kimyəvi əlavələr, hormonlar və kanserogenlər də bədənə ciddi zərər vurur. Lakin birinci yerdə xərçəng ocaqlarının yaranmasına səbəb olan xroniki xəstəliklər durur. Xoşbəxtlikdən, tibb indi bunu ilkin mərhələdə aşkar etməyi öyrənib.
"Müayinədə hər şey ortaya çıxır, ultrasəs, rentgen, KT, MRT var, alqoritmlər artıq bəllidir. Ultrasəs kifayət qədər sadə effektiv üsuldur ki, ilk əlamətlərin fərqinə varmağa imkan verir. Hətta eyni regional filterlər, limfa düyünlərində hər hansı bir dəyişiklik varsa, o zaman ehtiyatlanır və ilkin şişləri axtarırsınız. Əsas odur ki, vaxtında müraciət edin, lazımi müayinə üsulları ilə razılaşın və təslim olmayın", - Çeryomuşkin izah edib.