Qışın sonuna yaxın hər birimizə gün işığı, vitaminlər və enerji çatışmır. Ancaq çıxış yolu həmişə var.
Foodinfo.az xairici KİV-ə istinadən “xoşbəxtlik hormonu” mənbəyinə çevrilən məhsulları təqdim edir.
Alimlər hesab edirlər ki, bu məhsulları seçərkən ilk diqqət edilməli məqam tərkibində serotoninin olmasıdır. Məhz bu neyromediator əhval-ruhiyyəyə təsir göstərir. Bu cür dəyərli elementi isə yumurta, küncüt və soya unu, balqabaq toxumu, qırmızı, ağ ət və bananın tərkibində tapmaq olar.
Xoş əhval-ruhiyyə yaradan digər bir element isə D vitaminidir. Yağlı balıq, toyuq və bildirçin yumurtası, göbələk D vitamini ilə zəngindir. “Xoşbəxtlik hormonu”nun çox olmasını istəyənlər həmçinin maqneziumla zəngin qidalardan istifadə etməlidirlər.
Nərmin