İnsanın qidalanması onu yaddaşına da birbaşa təsir göstərir. 
Foodinfo.az “Posta” qəzetinə istinadən xəbər verir ki, 4 məhsul yaddaş azalmasını sürətlə bərpa edə bilir.
Kakao – bitter şokolad miqdarına diqqət etdiyiniz müddətcə sağlamlığınız üçün olduqca xeyirlidir.Polifenol tərkibi beyni qoruyan bir effekt verir. 
Qoz – yaddaş pozuntusu yaşayanların hər səhər iki ədəd yeməsi tövsiyə olunur. Qoz həmçinin tərkibindəki vitamin və minerallar sayəsində hüceyrələrin yaranması prosesini dəstəkləyir. 
İspanaq – dəmir və omeqa yağ turşuları ilə zəngindir. Sinir sisteminə müsbət təsir göstərir. Unutqanlığın qarşısını almaq üçün mütləq ispanağı qidalanmanıza əlavə etməlisiniz. 
Balıq – istifadəsi beyin hüceyrələrinin zərər görməməsi üçün vacibdir. Həftədə iki dəfə balıq yeməklə yaddaş itkisini və beyin hüceyrələrinin ölməsinin qarşısını ala bilərsiniz.

Leyla